Xırdalanda iki minik avtomobili toqquşub, xəsarət alan var

Xırdalanda iki minik avtomobili toqquşub.

APA TV xəbər verir ki, hadisə Heydər Əliyev küçəsində qeydə alınıb.

Rahib Ağayev idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə yolun kənarında hərəkətsiz vəziyyətdə  dayanan zaman yüksək sürətlə “Daewoo” markalı nəqliyyat vasitəsi ona çırpılıb.

Qəza nəticəsində “Daewoo”da olan sərnişin xəsarət alıb.

 

Müəllif | Apa.Tv
Apa.tv