Xırdalanda marketdən oğurluq edən şəxs tutuldu

Marketə daxil olan gənc kassadan 180 manat pulu götürərək aradan çıxıb.

 

APA TV-nin xəbərinə görə, hadisə Abşeron rayonu Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsində baş verib.

 

Aparılan araşdırma zamanı hadisəni törədən şəxsin Rəsul Bəkirov olduğu məlum olub. O, saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib və məsuliyyətə cəlb olunub. Rəsul Bəkirov hadisəni pula ehtiyacı olduğu üçün törətdiyini etiraf edib: “Pula ehtiyacım var idi. Girdim, kassadan götürüb çıxdım. Sonra heç kəs görməsin deyə qaçıb getdim. Pulum yox idi, lazım idi deyə etdim”.

 

Abşeron polisinin keçirdiyi digər əməliyyatla Novxanı kəndi ərazisində üzərində ümumi çəkisi 3,870 qram heroin və dörd büküm digər narkotik vasitə olan antivitamin gəzdirən İntiqam Qurbanov tutulub. Onun yaşadığı evə baxış keçirilib və oradan da 65 ədəd narkotik bitki olan çətənə kolu aşkar edilərək maddi sübut kimi istintaqa təhvil verilib: “Dünən axşam polis əməkdaşları gəldilər, qapını döydülər, açdım. Dedilər sizin həyətyanı evinizə baxış keçirəcəyik. Orda yabanı halda su verib böyütdüyüm 65 ədəd çətənə kolu aşkar etdilər. Üzərimdən də bir büküm heroin və antivitamin aşkar etmişdilər. Hamısını təhvil verdim. Çox peşmanam”.

 

Hər iki faktla bağlı cinayət işi açılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv