17:12 5 avqust 2022 154
Ana səhifə Xəbərlər

Xırdalanda parlayışda xəsarət alanlar yaxın günlərdə evə buraxılacaq

 

 

 

"Xırdalanda partlayış nəticəsində 2-si mənzil daxilində olmaqla 4 nəfər xəsarət alıb”.

 

APA TV xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin şöbə müdiri İlkin Behbudov deyib. Onun sözlərinə görə, xəsarət alanların vəziyyəti stabildir, yaxın günlərdə evə buraxılacaqlar.

Şöbə müdirini onu da qeyd edib ki, ilkin ehtimal olaraq hadisənin baş verməsinə səbəb evdəki qaz kranının açıq vəziyyətdə olması olub:
 
“İçəridə iki qaz cihazı olub, biri balkonda digəri isə vanna otağında. Aşkar olunub ki, həmin qaz xəttinin sonunda qaz kranı açıq vəziyyətdə olub. İlkin ehtimalla orada təmir gedən ərəfədə qazdan istifadə olunub, sonra isə onu bağlamağı unudublar. Hətta cihazı söküblər. Yerinə bağlamağı unudublar. Bunun daha ətraflı izahı səbəbi həmin şəxslərdən izahat alınan zaman bilinəcək”.


İlkin Behbudov "Azəriqaz"  İstehsalat Birliyi adından bu kimi halların bir daha baş verməməsindən ötrü vətəndaşlara müraciət edərək bildirib ki, evlərdə təmir apararkən mütləq şəkildə "Azəriqaz"  İstehsalat Birliyinin həmin ərazi üzrə məsul şəxslərini dəvət edərək, qaz kranlarını bağlamaq üçün onlara şərait yaratsınlar.


Şöbə müdiri onu da qeyd edib ki, vətəndaşlar hər hansı mənzildə qazın verilişinin müvəqqəti dayandırılması üçün "Azəriqaz" İstehsalat Birliyinin qaynar xəttinə də müraciət edə bilərlər.

Semral Cavad
Ceyhun Mustafayev
APA TV


 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın