Xırdalanda yanğın baş verib
Xırdalanda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən xəbərə görə, ümumi sahəsi 3600 m² olan üçmərtəbəli binanın xarici divarına vurulan alkopandan ibarət üzlük 100 m² sahədə və yol kənarında təkər tullantıları 150 m² sahədə yanıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.
Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınaraq qısa müddət ərzində söndürülüb.