Xızıda 19 yaşlı gəncdən silah və narkotik tapıldı

Xızıda 19 yaşlı gəncdən silah və narkotik götürülüb.

 

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən Şurabad kənd sakini, 19 yaşlı Mehdi Rzayev kənd ərazisində saxlanılıb.

 

Onun üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin altında gizlətdiyi bir ədəd lüləsi kəsilmiş odlu silah, beş ədəd patron və narkotik maddə olan heroin aşkar edilərək götürülüb. “Şurabadda yaşayıram. Silah tapmışdım bir ay bundan qabaq. Çıxdım ki, yoxlayım işləyir, ya işləmir. 5 dənə də patron var idi üstümdə. Üstümdə narkotik də var idi. Polis saxlayanda gödəkcəmin altında saxlamışdım, üstümdən çıxardılar”.

 

Faktla bağlı cinayət işi açılıb, həmin silahın hər hansı cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv