Xızıda əməliyyat – RAYON SAKİNİ HEROİNLƏ TUTULDU
Xızı sakinindən külli miqdarda heroin götürülüb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şorabad qəsəbə sakini Fərman Hüseynov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı, 0.4 qram heroin aşkarlanıb.
Fərman Hüseynova məxsus fərdi yaşayış evinə də baxış keçirilib və bu zaman həyətyanı sahədə olan yardımçı tikilidən 600 qram heroin götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.