Xızıda mənzildə narkotik yetişdirən şəxs tutuldu
Yaşayış binasında narkotik əkən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində rayonun Giləzi qəsəbə ərazisində yerləşən binanın yaşayış olmayan mənzilində narkotik tərkibli bitkilər yetişdirən “Pedro” ləqəbli Turqay Ağayev saxlanılıb.
Dindirilmə zamanı Turqay Ağayev törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını may ayında əkdiyini və şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib: “Qonşuda heç kimin yaşamadığı ev var idi. Orda özüm üçün çəkməyə əkmişdim, 8 dibçəkdə. Polis əməkdaşları tərəfindən tapıldı, əməlimdən peşmanam”.
Polis əməkdaşları tərəfindən çətənə bitkiləri maddi sübut kimi götürülüb və bioloji ekspertizaya təqdim olunub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.