”Xocalı cəlladı”ndan etiraflar: Soyqırımını törədənləri tanıyırdım

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Prosesə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrlik edib. Məhkəmədə zərərçəkənlərin ifadələri elan olunub. Zərərçəkmişlərin bir çoxu üzrlü səbəblərdən məhkəmədə iştirak edə bilməsələr də, yazılı şəkildə ifadələri dinlənilib. Daha sonra Baş prokurorun köməkçisi Müqəddəs Sultanovun Vaqif Xaçatryana “ermənilər Meşəli soyqrımını törətdikdən sonra cəzaladıralacaqlarını bilirdilərmi” sualına belə cavab verib: Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.Məhkəmə iclasi noyabrın 1-də davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv