Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi - ŞƏRHSİZ

Bu gün saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

APA TV-nin məlumatına görə, bununla bağlı Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. 

 

Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilərdə və yerüstü qatarlarda fit verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv