Xocalı və Xankəndiyə köç bu tarixdən başlayacaq – APA TV

Bu ilin ilk 6 ayında Xocalıya və Xankəndiyə köç olacaq. Bu barədə APA-nın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, bu ilin ilk 6 ayında Xocalıya və Xankəndiyə ümumilikdə 100 ailənin köçürülməsi planlaşdırılır. Xocalıya 50, Xankəndiyə 50 ailənin köçürülməsi nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv