Xocavənd rayonunun işğaldan azad edilmiş kəndləri eyniadlı şəhərcikdə elan edildi – BEYLƏQANDA

Müdafiə Nazirliyinin təşəbbüsü ilə Beyləqan rayonunun Xocavənd şəhərciyində əhaliyə yüksək əhval-ruhiyyə aşılamaq məqsədilə tədbir keçirilib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, tədbirdə xüsusi gücləndirilmiş səsli nəqliyyat vasitəsilə Xocavənd rayonunun işğaldan azad edilmiş kəndlərinin adı Beyləqan rayonu Xocavənd şəhərciyinin sakinlərinin diqqətinə çatdırılıb.

 

Qeyd edək ki, tədbir sonunda sakinlərə maarifləndirici bukletlər paylanılıb.

 

Habil Aslanoğulu

Mir Çingiz Ağazadə

APA TV

Müəllif | Apa.Tv
Apa.tv