Xocavənd rayonunda hərbçilərə bayram sovqatı çatdırılıb
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçulara dəstək aksiyası davam edir.
APA TV-nin məlumatına görə, aksiya çərçivəsində Xocavənd rayonunun işğaldan azad edilmiş ərazilərində xidmətini davam etdirən hərbçilərə bayram sovqatı çatdırılıb.
“Bravo” supermarketlər şəbəkəsinin əməkdaşları erməni silahlı birləşmələrindən azad edilmiş ərazidə xidmət aparan Azərbaycan hərbçilərinə müxtəlif qida məhsulları, gündəlik tələbat malları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bayram sovqatı paylayıblar.
Həmidağa Məcidov,
Əli Ələkbər,
APA TV