Xocavənd sakini qoyun otararkən piyada əleyhinə minaya düşüb

Xocavənd rayon sakini  Martın 13-də Xocavəndin işğaldan azad olmuş ərazilərində qoyun otararkən piyada əleyhinə minaya düşüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakini  1980-ci il təvəllüdlü İman Baxşalıyevin  Xocavənd rayon sakini yaxınlıqda olan hərbiçilərin köməkliyi ilə ərazidən çıxarılıb və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

İman Baxşalıyevin ərazidə minaya düşməsi nəticəsində "sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası" və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Xocavənd rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv