Xocavənddə GÖRÜN NƏLƏR TAPILDI

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV-yə verilən məlumata görə, polis əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə erməni hərbi birləşmələrinə məxsus xeyli sayda silah-sursat aşkar edilib. Tapılan 3 avtomat, 2 qumbaraatan, 1 pulemyot, 1 tapança silahları, eləcə də 12 ədəd tank və 5 ədəd piyada əleyhinə mina, 30 ədəd qumbaraatan mərmisi, 2318 ədəd müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif | Apa.Tv
Apa.tv