Xudatda piyadanı maşın vuraraq öldürüb

Xudat şəhərində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, yük maşını şəhər sakini 1958-ci il təvəllüdlü Dilşad Əhmədovanı vurub. Ağır bədən xəsarətləri alan qadın dünyasını dəyişib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv