Xuliqanlıq edən şəxslər saxlanılıb

Şirvanda xuliqanlıq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində şəhər ərazisində xuliqanlıq edən 4 nəfər saxlanılıb.

Araşdırmalarla onların şəhər sakinləri Ramil Əbilov, Rəşad Məmmədov, Telman və Məmmədağa Heydərovlar olduqları müəyyən edilib.

Saxlanılan şəxslər barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv