Xüsusi karantin rejimini pozan 348 avtomobil saxlanılıb, 3 nəfər məsuliyyətə cəlb edilib

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında ötən gündən indiyədək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülən işlər barədə məlumat yayıb.

 

İdarədən APA TV-yə verilən məlumata görə,  Bakı-Quba yolunun 45.2-ci kilometrliyində yerləşən keçid postundan 34-ü rayon, 204-ü paytaxt istiqamətinə olmaqla 238 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

 

Bakı-Şamaxı-Yevlax yolunun 86-cı kilometrliyində yerləşən keçid postundan 21-i rayon, 29-u paytaxt istiqamətinə olmaqla 50 nəqliyyat vasitəsinin geri qaytarılıb.

 təmin edilib.

 

Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 39-u rayon, 55-i paytaxt istiqamətinə olmaqla 94 nəqliyyat vasitəsinin geri qaytarılıb.

 

Gün ərzində 382 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.

 

Martın 19-dan indiyədək 8579 nəqliyyat vasitəsinin rayon, martın 24-dən bu günədək 6039 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

 

Ümumilikdə isə bu günədək 14618 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Müəllif | Apa.Tv
Apa.tv