XXI əsrin qəsəbəsi: həyətləri su basır, valideynlər uşaqları məktəbə qucaqda aparırlar
Astaranın Ərçivan qəsəbəsinin “Bağ” məhəlləsinin sakinləri yolların vəziyyətindən şikayətçidir.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, 150 ailənin yaşadığı bu ərazidə yağış yağan kimi yol keçilməz olur. Yolda suyun səviyyəsi qalxır, elə bir palçıq batağı yaranır ki, yoldan heç maşınla da keçmək olmur. Yolun bu vəziyyəti daha çox sürücüləri və məktəbliləri narahat edir.
Ərçivan bələdiyyəsinin sədri Mehman Quliyev kanalımıza verdiyi açıqlamada bildirdi ki, sözügedən əraziyə keçən il 500 metr uzunluqda asfalt çəkilib. İndi də yolun qalan hissəsinin, əsasən də məktəbə yaxın ərazinin asfaltlanması planlaşdırılır. Amma vətəndaşların şikayət etdiyi o yol isə sahə yoludur.
Bələdiyyənin açıqlamasından məlum olur ki, sakinlər hələ bir il də gözləməli olacaq.
İlkin Rzayrv
Rövşən Almazoğlu
Apa tv Astara.