Yağış kəsir, Bakıda gilavar əsəcək

 

Dekabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən, yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv