Yağış sahibkarları ziyana saldı
Bu gün səhər saatlarından Bakıya yağan güclü yağış bir sıra fəsadlar törədib.Səhər saatlarından yağmağa başlayan leysan xarakterli yağışlar səbəbindən Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzinin ərazisini su basıb. Nəticədə sahibkarlara ziyan dəyib. Kameramıza danışmaq istəməsələr də, onlar söhbət zamanı bildirdilər ki, mağazalara yağış suları dolub, nəticədə onlara xeyli miqdarda maddi ziyan dəyib. Uzun fasilədən sonra yağış suları kollektorlar vasitəsilə kanalizasiyaya axıdılaraq ərazi sulardan təmizlənib. Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosundan aldığımız məlumata görə, uzunmüddətli metereoloji müşahidələrin təhlilinə əsasən əvvəlki illərdə də iyul ayında Bakıda yağıntılı hava müşahidə olunub. Lakin Bakıya yay ayında bu cür leysan xarakterli yağış sonuncu dəfə 2012-ci ilin iyul ayının 16-da yağıb AYTƏN SAKİTQIZI XƏYAL İSKƏNDƏROV APA TV