Yağış səngiyir, Bakıda gilavar əsəcək

Bakıda və Abşeron yarımadasında dekabrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər və axşam  bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu  gecə 5-8, gündüz  10-13, Bakıda gecə 6-8, gündüz  11-13 dərəcə isti olacaq.

Bölgələrdə hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7, gündüz  8-13 dərəcə isti, dağlarda gecə 5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv