Yağış yağacaq – SABAHIN HAVA PROQNOZU

Martın 24-də  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli  yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 22 dərəcə isti olacaq. Bakıda gecə 6-8 dərəcə isti, gündüz 18-20 dərəcə  isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 752 mm civə sütunundan 745 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz  olacaq.

 

Martın 24-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz  13-18 dərəcə  isti,  dağlarda  gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

Müəllif | Apa.Tv
Apa.tv