Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir.

 

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumatına əsasən, səhər duman olacaq, mülayim şimal küləyi arabir güclənəcək.

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 13-16, gündüz  18-21, Bakıda  gecə 14-16, gündüz  18-20 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi normadan aşağı 750 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.  

 

Rayonlarda arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

 

Havanın temperaturu  gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza görə, mayın 7-8-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər  meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

Müəllif | Apa.Tv
Apa.tv