13:48 29 noyabr 2022 331
Ana səhifə Xəbərlər

Yağışlı hava davam edəcək - PROQNOZ AÇIQLANDI

Noyabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Bakıda gecə 6-8, gündüz 9°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 4-8, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın