Yağışlı hava Göygöldə qəzaya səbəb olub, xəsarət alan var
Göygöldə yol nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hərəkətdə olan “VAZ 2106” markalı minik maşını ilə “VAZ 21011” markalı avtomobil toqquşub. Qəza zamanı 1997 ci il təvəllüdlü Oruc Məmmədov xəsarət alıb.Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.