Yağışlı hava şəraiti davam edəcək

 

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 6-9, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4, gündüz 6-11, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv