Yağışlı hava şəraiti davam edəcək – HAVA PROQNOZU

Aprelin 8-də gözlənilən hava şəraiti açıqlanıb. 

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, aprelin 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək. 

 

Aprelin 8-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb  küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 8-12 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti  olacaq.

Müəllif | Apa.Tv
Apa.tv