Yanacaqdoldurma məntəqəsi problemlərə son qoymaq üçün qeyri-ənənəvi üsula əl atdı

 “Gəncdə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin birini rəhbərliyi maraqlı adım atıb. Belə ki, rəhbərlik tərəfindən yanacaqdoldurma məntəqəsində sayğacın qarşısına kamera quraşdırılıb. Məqsəd isə alıcı və satıcı  arasında  baş verən mübahisənin qarşısını almaqdan ibarətdir.”

Sözü gedən məntəqənin rəhbərliyi şəffaflığın təmin olunması üçün hər bir sayğacın qarışına müşahidə kamerası yerləşdirib. Kamerada yancağın qiyməti və benzin miqdarı ayın şəkildə  görmək mümkündür. Bu sistem tətbiq ediləndən sonra sürücülərdə yanacağın düzgün vurulmaması ilə bağlı şikayətləri azalıb. Yancaq doldurma məntəqəsindən bildirildi ki, kameralar quraşdırılmamışdan əvvəl  ayda bir neçədə dəfə sürücülərlə operatorlar arasında mübahisə yaranırdı.

Vidadi Novruzov deyir ki, ötən həftə baş verən hadisədən sonra o atdığı addımın düzgünlüyündən bir daha əmin olub. Onun sözlərinə görə, sürücü məntəqəyə yaxınlaşaq onun avtomobilinə yanacağın az vurulduğunu iddia edib və məsələ kameralar  vasitəsi ilə həll olunub.

İllər boyu sürücülər yanacaqdoldurma məntəqələrindən narazı olublar. Səbəb kimi də yancaq alarkən müxtəlif hiylələrlə qarşılaşmaları ilə əsaslandırıblar. Sürücülərin sözlərinə görə, artıq kamera quraşdırıldıqdan sonra heç bir fırıldaqçılıqdan söz gedə bilməz. Onlar bu cür adımın atılmasını müsbət qarşılayırlar.

Sözü gedən yanacaqdoldurma məntəqəsi 2 aydan artıqdır ki, bu təşəbbüsü irəli sürüb. Ümid edirik ki bundan sonra sürücü və operatorların  arasında  benzin düzgün vurulub vurulmaması məsələsinə son qoyulacaq.

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Gəncə

Müəllif | Apa.Tv
Apa.tv