Yanan avtomobil belə söndürüldü - HADİSƏ ANI

Fövqəladə Hallar Nazirliyi ötən gün baş verən hadisələrlə bağlı məlumat yayıb.

 

FHN-dən APA TV-yə verilən xəbərə görə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən tədbirlər nəticəsində 3-ü azyaşlı olmaqla 4 nəfər xilas edilib. Həmçinin, yanğın yerinin kəşfiyyatı zamanı 74 yaşlı Tofiq Hüseynovun və bağlı qapı arxasında 84 Barisova Raisa Petrovnanın meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv