Yanacaqdoldurma məntəqəsində yanğın olub, mağaza və avtomobil yanıb - Sumqayıtda
Sumqayıt şəhərində yanacaq doldurma məntəqəsində (YDM) yanğın baş verib.
APA TV-nin məlumatına görə, hadisə 17-ci mikrorayon İsmət Qayıbov küçəsində qeydə alınıb.
Hadisə YDM ərazisindəki avtomobil ehtiyat hissələri mağazasında baş verib.
Əraziyə FHN-in 5 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğın nəticəsində 50 kv/m sahədə bütün yanar konstruksiyalar və yaxınlıqda olan "Mercedes" markalı avtomobil yanıb.
Yanğının qarşısı FHN-in yanğınsöndürənləri tərəfindən alınıb və yanacaq çənlərinə keçməsinə imkan verilməyib.
Aparılan araşdırmalardan sonar yanğının səbəbləri məlum olacaq.