Yanğın iki azyaşlının həyatına son qoydu - Bakıda

Bakı şəhərində fərdi yaşayış evi yanıb. 

APA TV-nin  məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda  qeydə alınıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. 

Həyata keçirilən tədbirlər nəticəsində alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Yanğın zamanı iki uşaq - 3 yaşlı Əlizadə Rüqayyə Anar qızı və 6 yaşlı Əlizadə İsmayıl Anar oğlu tüstüdən zəhərlənib. Onlar xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Bildirilir ki, yanğın baş verərkən uşaqların valideynləri evdə olmayıb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Müəllif | Apa.Tv
Apa.tv