17:26 23 noyabr 2022 80
Ana səhifə Xəbərlər

Yanğın təhlükəsi olan ərazilər təmizləndi

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyini birgə təmin edək” devizi altında nümunəvi tədbir keçirilib.

 

SOCAR-ın “Azərneft” İstehsalat Birliyi, “Qaz İxrac” İdarəsi, "Azəriqaz" İstehsalat birliyi həmçinin Bakı Şəhəri və Binəqədi Rayon İcra Hakimiyyəti strukturlarının və “Binagady Oil Company” şirkətinin nümayəndələrinin iştirakı etdiyi tədbir “Binagady Oil Company” şirkətinə məxsus 2-ci mədənin 3-cü sahəsində keçirilib.

 

Yaxınlıqda yaşayan  fərdi evlərin sakinləri tərəfindən bu əraziyə məişət tullantıları, o cümlədən yanar materiallar atılır ki, bu da yanğının baş verməsi üçün münbit şərait yaratmış olur.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov tədbirin əsas məqsədinin vətəndaşları yanğın təhlükəsizliyi problemlərinin həllində yaxından iştirak etməyə dəvət etmək olduğunu deyib. Rəis müavini yanğın təhlükəsizliyi ilə bağlı bölgələrdə də mütəmadi olaraq bu növ tədbirlər keçirildiyini qeyd edib: “Burada iştirak edən aidiyyəti dövlət qurumları öz texnikalarını işçilərini səfərbər ediblər. 5 dən artıq mancanaqlar var, onların ətrafında qamışlıq ərazilər təmizlənəcək. Yaxınlıqdakı əhalinin yaşayış sahələri ilə mühafizə zonalarının mütəmadi olaraq ərazilərin təmiz saxlanması istiqamətində yerli qurumların işinə dəstək olaraq bu dəfə də aidiyyəti qurumlar öz işlərini bu istiqamətdə quracaqlar”.

 

İşlərə ilkin olaraq neft quyuları, mancanaq dəzgahları ilə yaşayış evlərinin mühafizə zonalarındakı quru kol-kos və qamışlıq sahələrinin təmizlənməsi ilə başlanılıb. Sonra ərazidən keçən kommunikasiya və elektrik verilişi xətlərinin təhlükəsiz mühafizə zolaqları yaradılıb və ərazi məişət tullantılarından təmizlənib.

 

Qeyd edək ki, Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi tədbirlərini mütəmadi olaraq davam etdirir.

 

Nərmin Murad,

Xəyal İsgəndərov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın