YAP Prezidentə müraciət etdi: Milli Məclis buraxıla bilər

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Prezident İlham Əliyevə parlamentin buraxılması ilə bağlı müraciət edib.

APA TV-nin məlumatına görə, Siyasi Şura bu qərarın Prezidentin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib.

YAP Siyasi Şurası öz səlahiyyətlərindən istifadə edərək növbədənkənar parlament seçkilərinin təyin olunması üçün dövlət başçısına müraciət ünvanlayıb.

Müəllif | Apa.Tv
Apa.tv