Yaponları Saatlıya bağlayan SƏBƏB - 800 KQ BAL MÜƏMMASI

Arıçılıq əsasən Azərbaycanın dağ və dağətəyi rayonlarında daha çox inkişaf edib. Amma buna baxmayaraq Aran və Mil-Muğan bölgəsində də bu sahəyə maraq getdikcə artmaqdadır. 30 ilə yaxındır ki, arıçılıqla məşğul olan Saatlı rayon sakini Ehtiram Məmmədov artıq bu sahənin peşəkarlarındandır. 60 arı ailəsindən yaxşı məhsul almaq üçün o, bağında akasiya, cökə ağacları, müxtəlif növ gül növləri ilə yanaşı, 100 hektar sahədə biyan bitkisi də yetişdirir. Amma bu il havaların qeyri-sabit keçməsi onun təsərrüfatına ziyansız ötüşməyib. Biyan bitkisinin köklərindən farmaseptikada geniş istifadə edilir. Bundan başqa biyan balı qan dövranı, dəri problemləri, prostat və sidik-yollarının, qaraciyərin və sair xəstəliklərin müalicəsində əvəzsiz rola malikdir. Müsahibimiz deyir ki, hər il 1 tona yaxın biyan balı istehsal edir. Ən böyük alıcısı isə Yaponlardır. Ehtiram Muradov deyir ki, ölkəmiz Dünya Arıçılar Birliyi Federasiyasının üzvü olmadığından Azərbaycan arıçılığı beynəlxalq səviyyədə zəif təmsil olunur. Yeri gəlmişkən qeyd edək ki, biyan balının 1 kiloqramının qiyməti 25-30 manat arasında dəyişir.

Müəllif | Apa.Tv
Apa.tv