Yaqub Eyyubov Paşinyanın müavini ilə sərhəddəki vəziyyəti müzakirə edib
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubovla Moskvada MDB İqtisadi Şurasının 95-ci iclası çərçivəsində qısa danışıqlar aparıblar.
APA xəbər verir ki, bu barədə Mqer Qriqoryanın ofisindən “Sputnik Armenia”ya bildirilib.
“Bir neçə dəqiqə ayaqüstə davam edən söhbət qeyri-rəsmi formatda və Ermənistan-Azərbaycan sərhədində baş verən son hərbi toqquşmalar mövzusunda aparılıb”, - deyə Qriqoryanın ofisindən deyilib.