Yaralanandan beş ay sonra şəhid olan hərbçi dəfn olunub

Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq qazi olan Azərbaycan Ordusunun hərbi qulluqçusu 5 ay sonra hospitalda vəfat edib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Cəfərov Babək Maxsus oğlunun nəşi doğulduğu Samux rayonunun Əlikənd kəndinə aparılıb. Şəhid rayonun Qarayeri qəbiristanlığında torpağa tapşırılıb.

 

Dəfin mərasimində Samux Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailəsi, kənd sakinləri,  hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

 

Xatırladaq ki, Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanan Babək Cəfərov 5 ay komada qalıb. İki övlad atası olan Babək Cəfərov Prezidentin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

 

Allah rəhmət eləsin!

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv