Yaralı Kliniki Tibbi Mərkəzdə öldü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qeydə alınıb.

 

Məmmədov Zeynal Əhmıəd oğlu idarə etdiyi "Hyundai İX-55" markalı avtomobillə yolu keçən 67 yaşlı Hacıyeva Qənirə İsmayıl qızını vurub. Yaralı yerləşdiyi Kliniki Tibbi Mərkəzdə ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv