Yaralı Pelikan quşu Mingəçevir sakininin həyətinə düşdü
Mingəçevir sakininin həyətinə yaralı Pelikan quşu düşüb.
APA TV-nin yerli bürosunun məlumatına görə, yüksək gərginlikli elektrik xəttinə dəyərək ayaq nahiyəsindən yaralanan köçəri quş Elşad Zülfüqarova məxsus fərdi təsərrüfata düşüb.
Ev sahibi köməksiz vəziyyətdə olan quşu 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına təhvil verib. Onlar da öz növbəsində quşu müalicə məqsədilə baytarlara veriblər. Yaralı quşa lazımi köməklik göstərilib.
8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Lalə Əsgərovanın sözlərinə görə, Pelikanın yenidən vəhşi təbiətə buraxılması üçün quş Altıağac Milli Parkı nəzdində fəaliyyət göstərən reabilitasiya klinikasına təhvil veriləcək.