Yardımlı sakinindən 8 kq heroin götürüldü

Yardımlı sakininin həyətindən 8 kiloqram heroin aşkarlanıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Yardımlıda keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cavid Mirxanlı saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 305 qram narkotik vasitə heroin aşkarlanıb.

 

Əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı evin həyətinə keçirilən baxış zamanı orada gizlədilmiş 1 ədəd sellofan torbada 8 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Tural Kərimov

Rövşən Əzimov

Müəllif | Apa.Tv
Apa.tv