Yardımlı sakinlərinin dərədə gizlətdikləri şeylər həbslərinə səbəb oldu

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 21 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, psixotrop maddə və güclü təsiredici xassəyə malik həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. 

Şübhəli şəxs qismində Yardımlı rayon sakini Yasər Ağayev saxlanılıb. Həmin şəxsin dərədə gizlətdiyi torbalardan ümumilikdə 10 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın heroin, 2 kiloqram tiryək 4 kiloqram 464 qram metamfetamin və 200 ədəd güclü təsiredici xassəyə malik həb aşkarlanaraq götürülüb. Araşdırma zamanı Yasər Ağayevin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və qeyd edilən narkotik vasitələri həmin şəxsin göstərişi əsasında deyilən yerlərdə gizlətməli olduğu müəyyən edilib.

Qeyd edək ki, Yasər Ağayevin qardaşı Namik Ağayev də bir ay bundan əvvəl narkokuryerlik etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Yardımlı rayonu ərazisində gizlətdiyi yerdən 40 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə aşkarlanıb.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv