Yardımlıda 3 narkotacir yaxalandı
Yardımlı polisi narkoticarətlə məşğul olan 3 rayon sakinini saxlayıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, onlardan külli miqdarda müxtəlif növ narkotik vasitələr, psixotrop maddə və güclü təsiredici tərkibə malik dərman həbləri aşkar edilib.
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Kürəkçi kənd sakini Cəlal Pəncəliyev saxlanılıb və onun üzərindən 3 qram metamfetamin, 1,9 qram heroin və 1 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı həmin şəxsin narkotik vasitələri Yardımlı rayonunun Avaş kənd sakinləri Nəsib Aliyev və Əliyar Orucovdan aldığı müəyyən edilib, onlar da polis əməkdaşları tərəfindən saxlanılıb.
Baş müstəntiq Fuad Rzayevin sözlərinə görə, Cəlal Pəncəliyev, Nəsib Aliyev və Əliyar Orucov tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində Yardımlı Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Saxlanılan Nəsib Aliyevdən 1 kiloqram 293 qram heroin, 315 qram qurudulmuş marixuana, 330 qram metamfetamin və tərkibində güclü təsiredici maddə Preqabalin olan 2786 ədəd dərman həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV