Yardımlıda evi qəzalı vəziyyətə düşən ailəyə çadırla yardım olundu

Fövqəladə Hallar Nazirliyinə Yardımlı rayonu, Vərgədüz kənd sakini Məmiyeva Validə Əşrəf qızına məxsus evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub. FHN-dən APA-ya verilən xəbərə görə, Bununla əlaqədar nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən ailə üçün müvəqqəti yaşayış məqsədilə ailə üzvlərinin sayı nəzərə alınaraq 2 ədəd çadır ev qurularaq vətəndaşa təhvil verilib.

Müəllif | Apa.Tv
Apa.tv