Yasa gələn 4 nəfər öldü - ŞİRVANDA AĞIR QƏZA
Şirvanda 4 nəfərin ölümü ilə nəticələnən avtoqəza baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin girişində qeydə alınıb.
“Hyundai” markalı 90 OT 031 dövlət nömrə nişanlı avtomobil beton lövhəyə çırpılıb. Ölənlərin üçü qadın, biri kişidir.
Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gedirlərmiş.
Faktla bağlı araşdırma başlanıb.