Yasa getmək adı ilə əsassız icazə alan 169 nəfər tutuldu
Yas mərasimində iştirak etmək adı ilə 8103 qısa nömrəsinə həqiqətə uyğun olmayan SMS göndərən şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı aprelin 18-20-si tarixləri arasında paytaxt Bakı və Respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 169 nəfər müəyyən edilib.
Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. Bu cür sui-istifadə hallarına yol verənlər hər biri 100 manat məbləğində cərimə edilib.
Vətəndaşlardan tələb olunur ki, 8103 xidmətindən sui-istifadə hallarına yol verməsinlər.