Yaşadığı evdə özünü asdı
Lənkəranda intihar hadisəsi baş verib.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayonun Girdəni kənd sakini, 2004-cü il təvəllüdlü Ayşən Samir qızı Baxşızadə yaşadığı evdə özünü asıb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Ayşən Baxşızadə ailənin yeganə qız övladıdır. Hazırda hadisənin səbəbləri araşdırılır.