Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları 150 ailəyə yardım edib

Daxili İşlər Nazirliyinin şəxsi heyəti koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi dövründə nümunəvi xidmət etməklə yanaşı hər zaman köməyə və qayğıya ehtiyacı olan insanların da yanında olmağa çalışır.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, bu dəfə Nazirliyin Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində maddi dəstəyə ehtiyacı olan, evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı, çoxuşaqlı ailələrə yardım edilib.

 

İdarə əməkdaşları ümumilikdə 150  ailəyə baş çəkib müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara təqdim ediblər.

Müəllif | Apa.Tv
Apa.tv