Yasamalda aksiz markası olmayan siqaret və spirtli içkilər aşkarlandı

Vergilər Nazirliyi tərəfindən satışda olan və aksiz markası olmayan mallar aşkar edilib.

APA TV xəbər verir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilən vergi nəzarəti tədbiri zamanı paytaxtın Yasamal rayonunda Nizami Nizaməddinova məxsus mağazadan aksiz markaları ilə markalanmamış 48 ədəd alkoqollu içki və 10.813 qutu tütün məmulatları götürülüb.

Faktla bağlı cinayət işi qaldırılıb, Nizami Nizaməddinov barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Nazirlik belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində bundan sonra da tədbirlərin davam etdiriləcəyini bildirir.

 

Müəllif | Apa.Tv
Apa.tv