Yasamalda avtomobillərin hərəkəti bərpa edildi - APA TV

Səhər saatlarında Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş verən qəzanın nəticələri aradan qaldırılır.

 

APA TV-nin xəbərinə görə, ərazidə “Azərsu” ASC, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları işləyir. Artıq borudan su axmasının qarşısı alınıb, zirzəmilərə dolan suyun çəkilməsi işləri aparılır.

 

Bakı sukanal idarəsinin əsaslı təmir tikinti şöbəsinin rəisi Yaşar Əhmədov APA TV-yə bildirib ki, qəza barədə məlumat daxil olan kimi xəttə su verilməsi dayandırılıb: “Bu anbarlar arası daşıyıcı xətdir. Yəni bunun üzərində abonentlər yoxdur. Yəni susuz abonentimiz yoxdur. Hazırda Bakı Sukanal İdarəsinin təmir tikinti briqadaları tərəfindən qəzanın aradan qaldırılması işləri aparılır. İnşallah yaxın saatlarda, 3-4 saat ərzində qəzanı bitirəcəyik”.

 

Qeyd edək ki, artıq sözügedən ərazidə avtomobillərin normal hərəkəti bərpa olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv