Yasamalda binanın üzlük daşları uçub, tökülür – Şikayətlərə niyə baxılmır?
Sakinlərin sözlərinə görə, divardan qopan daş parçaları dəfələrlə maşınlara zərər vurub. İlk növbədə binanın komendantı Fərmayil Abbasovla danışmağa çalışsaq da, komendantı nə yerində tapa bildik, nədə ki zənglərimizi açdı. Daha sonra binanı tikən “Zaman-i” MTK-nın rəhbəri Samir İsayevlə əlaqə saxladıq. O isə bu məsələdə səlahiyyətli olmadıqlarını və binaya Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarət etdiyini vurğuladı. Bu qurumdan da nəzarətin onlarda olmadığı bildirildi. Suallarımıza cavab tapa bilməsək də, bildiyimiz tək bir şey var. Yəqin ki, insanlara təhlükə yaradan bu halın qarşısını almaq üçün insan tələfatının olmasını gözləyirlər. LƏMAN SALEHOVA TURAL ƏLİZADƏ LƏMAN SLEHOV