Yasamalda həbs edilən 11 nəfərdən biri azadlığa buraxıldı

Yasamal rayonu ərazisindəki yaşayış binalarından birində polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar atan şəxslər inzibati qaydada həbs edilib.

 

APA TV-nin məlumatına görə, həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham verilib.

 

Yasamal rayon Məhkəməsi tərəfindən 11 nəfər barəsində 10, 15, 30 sutka müddətinə inzibati həbs cəzası çıxarılıb.

 

Vəkil Cavad Cavadov isə bildirib ki, Yasamalda polis əməkdaşlarının üzərinə əşyalar atdığı üçün həbs edilən iki qardaşdan biri sərbəst buraxılıb. Bu barədə o, özünün "Facebook" səhifəsində məlumat yayıb.

 

Vəkil qeyd edib ki, qardaşı Elmir Süleymanovla birgə saxlanılan və 15 sutka inzibati həbsə məhkum edilən Kərim Süleymanov səhhəti ilə bağlı azadlığa çıxıb və artıq evindədir.

Müəllif | Apa.Tv
Apa.tv